Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4966

Digər sorğular

Türkiyə parlamentində kütləvi dava - VİDEO

00:31  |    12 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Türkiyə parlamentində dava olub.

Qaziler.az-ın məlumatına görə, insident Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verib.

3-cü maddənin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu
21.10.2017
İşğalçıya çarpaz zərbə: Bakının “əli” güclənir, İrəvan şanssız qalır
20.10.2017
“Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq“ - Prezident
20.10.2017
Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir
20.10.2017
Milli Məclisdən yeni medalla bağlı qərar