Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4475

Digər sorğular

Yolların mühafizə zolağında qanunsuz tikintilər aparılır - VİDEO

23:27  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Bəs belə tikinti aparanları hansısa cəza gözləyirmi?

Binalar bəzən yollara o qədər yaxın tikilir ki, iş dövründə yaranan problem bir kənara, illər sonra daha betərləri ortaya çıxır. Avtomobil saxlamağa yer olmur, səkilər zəbt olunur, həmin yolda tıxaclar yaranır, bəzən yolun genişləndirilməsi də mümkün olmur. Bəs belə tikinti aparanları hansısa cəza gözləyirmi?

Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, yolun hərəkət hissəsinə o qədər yaxın tikilib ki, yer olmadığından tikinti materialları da avtomobillərin gediş-gəlişinə mane olur.

Bu yaşayış binası da yolun mühafizə zolağında tikilib. Piyadalar məcbur olub yolun hərəkət hissəsindən istifadə edirlər.

Həm yerli, həm də respublika əhəmiyyətli yolların mühafizə zolağında qanunsuz tikintilər aparılıb. Müşahidə zamanı Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi və Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində belə mənzərəyə rast gəldik.

Tikinti işlərinin aparılması piyadalara da problem yaradır.

Tikinti işlərini aparan şirkətin nümayəndəsi deyir ki, ərazidə yaşayış binasının tikilməsi üçün Yasamal rayon İcra Hakimiyyətindən və digər orqanlardan icazə alınıb.

Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində - 3 saylı şəhər klinik xəstəxanasının yaxınlığında yerləşən bu yaşayış binası isə yolun mühafizə zolağında tikilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Nazirlər Kabinetinin əvvəlki qərarına əsasən mühafizə zolağı respublika əhəmiyyətli yolarda 30, yerli əhəmiyyətli yollarda 12 metr yarım idi. Bu məsafə yolların çiynindən hesablanırdı. Ancaq yeni qərarda tikinti işləri yol çiynindən yox, ortasından hesablanmaqla aparılır.

Qanunun tələblərini pozan fiziki şəxslər 1500 manatadək, hüquqi şəxslər 6-8 min manatadək, qanunsuz tikintiyə icazə verən vəzifəli şəxslər isə azadlıqdan məhrum edilməklə müvafizə miqdarda cərimə oluna bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Bakıda ən bahalı yaşayış evinin qiyməti
28.03.2017
Aldadaraq adına avtomobil aldılar - VİDEO
28.03.2017
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR! - VİDEO
28.03.2017
İranlı turistlərin ermənilər haqqında maraqlı fikirləri - VİDEO
28.03.2017
Əli İnsanovun barəsindəki cinayət işi məhkəməyə göndərildi