Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4470

Digər sorğular

Avropa Şurasının baş katibi Ermənistan tərəfini Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb

23:04  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanatı yayılıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub. Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.03.2017
Azərbaycanlı siyasətçiyə silahlı hücum edildi
26.03.2017
Belçikada Qarabağ atı abidəsinin açılışı olub
26.03.2017
Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTO
25.03.2017
Angela Merkel Aİ-nin bir sıra səhvlərə yol verdiyini etiraf edib
25.03.2017
Nalbandyan amerikalı həmsədrlə Qarabağı müzakirə edib