Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4966

Digər sorğular

Soyuqdəymə zamanı bunları içməyin!

21:59  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Soyuqdəymə və qripp zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.


Əksinə isə iştaha olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur. Bu zəiflənmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə etməyə mane olur.
Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?
Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim mayenin itkisini bərpa etməlidir.
Digər tərəfdən maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir.
Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin "ön cəbhəsidir". Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət edə bilmir və bu da sağalmanı ləngidir.
Nə içmək lazımdır?
Bu çox vacib məsələdir. Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkiləri (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.
Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.
Beləliklə, soyuqdəymə və qripp zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su.

Saglamolun.Az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Hər gün bir qaşıq sarımsaqlı bal -MÖCÜZƏVİ TƏSİR
21.10.2017
9 ayda 17 ana ölümü - necə edək ki, analar ölməsin? - ARAŞDIRMA
20.10.2017
Qalvanvari vəzinin 5 DÜŞMƏNİ
19.10.2017
Yüksək xolesterola qarşı 5 QİDA
18.10.2017
XƏRÇƏNGin ən xoşladığı MƏHSUL təyin olunub