Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4383

Digər sorğular

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinin məhkəmə istintaqı başa çatıb

20:32  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses yanvarın 23-də davam etdiriləcək.

İttihama görə, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Belə ki, müqavilə əsasında klinika M.Həşimova icarəyə verib.

Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2017
“Xocalı soyqırımı ilə bağlı bəzi maddi sübutlar yoxa çıxıb“ - Hərbi prokuror
22.02.2017
“Ana fəryadı” abidəsi önünə yürüş ediləcək
22.02.2017
Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdır – Cərrah Xocalı soyqırımından danışır
22.02.2017
Batumidə gecə klubunda yanğın baş verib, xəsarət alanlar var
22.02.2017
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir