Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4475

Digər sorğular

Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə düşüb

18:53  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb.

İ. Xəlilov bildirib ki, A. Çovdarov ondan pul alıb.

Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib.

A. Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır, A. Çovdarov ondan pul almayıb. N. Atakişiyev də bildirib ki, İ. Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır" .

A. Çovdarov da zərərçəkmiş İlham Xəlilovun yalan danışdığını deyib: "Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm".

Proses yanvarın 16-da davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Bakıda ən bahalı yaşayış evinin qiyməti
28.03.2017
Aldadaraq adına avtomobil aldılar - VİDEO
28.03.2017
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR! - VİDEO
28.03.2017
İranlı turistlərin ermənilər haqqında maraqlı fikirləri - VİDEO
28.03.2017
Əli İnsanovun barəsindəki cinayət işi məhkəməyə göndərildi