Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5110

Digər sorğular

Azərbaycanda nağd pul kütləsinin həcmi artır

18:39  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il dekabr ayının 1-nə 6 332,9 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq iki ay artım göstərib. Belə ki, oktyabrda artım 96,9 mln. manat və ya 1,56%, noyabrda isə 41,3 mln.manat və ya 0,66% təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə nağd pulun həcmi 915,4 mln. manat və ya 16,9% artıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 594,1 mln. manat və ya 10,35% artım göstərib.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında (11 144,4 mln. manat) qeydə alınıb. Yəni, 2016-cı il dekabrın 1-də açıqlanan göstərici tarixi maksimal həddən 4 811,5 mln. manat və ya 43,17% aşağıdır.
"Report"un analitik qrupu hesab edir ki, AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiyası və bununla yanaşı, qiymətli kağızlar bazarında istiqraz satışı vasitəsilə dövriyyədə olan nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabitləşməsinə çalışacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Beynəlxalq silah satışı artdı - Reytinq
11.12.2017
Xaricilər Azərbaycan banklarındakı pullarını çıxarırlar
11.12.2017
Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsini açıqladı
11.12.2017
Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək
11.12.2017
Dəhşətli qəza törədən məmur kimdir? – İlginc