Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4475

Digər sorğular

“Nardaran işi“: Təqsirləndirilənlər son söz deyiblər - YENİLƏNİB

18:08  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Aqil İsmayılov günahsız olduğunu deyib.

Digər təqsirləndirilən Abbas Hüseynov isə özünə ən ağır cəza verilməsini istəyib.

İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da günahsız olduqlarını, polisə müqavimət göstərmədiklərini deyiblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Proses yanvarın 16-da davam etdiriləcək.

Digər təqsirləndirilənlər həmin prosesdə son söz deyəcəklər.


***

saat 13.13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib.

Vəkil Fəxrəddin Mehdiyev çıxışında müdafiə etdiyi Fuad Qəhrəmanlı, Əli Nuriyev, Abbas Quliyevin və digər təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmadığını iddia edib.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməlidir.

O, həmçinin müdafiə etdiyi Abbas Quliyevə də bəraət verilməsini tələb edib.

Digər vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Taleh Bağırov və Abbas Hüseynov barəsində verilən ittihamı qəbul etmədiklərini deyib, təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.

Cavad Cavadov da təqsirləndirilən Taleh Bağırova və digərlərinə bəraət verilməsini istəyib.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyəcəklər.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə 2015-ci dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Bakıda ən bahalı yaşayış evinin qiyməti
28.03.2017
Aldadaraq adına avtomobil aldılar - VİDEO
28.03.2017
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR! - VİDEO
28.03.2017
İranlı turistlərin ermənilər haqqında maraqlı fikirləri - VİDEO
28.03.2017
Əli İnsanovun barəsindəki cinayət işi məhkəməyə göndərildi