Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4386

Digər sorğular

Ordubad Su Elektrik Stansiyasının təməli qoyuldu

14:26  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub. QAZİLER.AZ AzərTAc-a istinadən xəbər verir ki, prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Dövlət başçısı yeni stansiyanın təməlini qoyub.

Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.

Sonda xatirə şəkli çəkdirilib

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2017
Kolbasa, şokalad, qazlı su kimi zərərli məhsulların reklamı ilə bağlı TƏKLİF
22.02.2017
SOCAR Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib
21.02.2017
ABƏŞ ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verib
21.02.2017
SOCAR Ukraynada qaz satışına başlayıb
21.02.2017
Ukrayna Azərbaycan mallarının və xidmətlərinin idxalını 50% artırıb