Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4616

Digər sorğular

Lənkəranda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər verildi

13:23  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəran rayonunda 9 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirlərini davam etdirir. Nazirlik tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.



Yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran rayon İcra Hakimiyyətinin, əlil təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində 2016-cı ildə də məqsədyönlü işlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il respublikamızın rayon və şəhərlərində yeni fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün hazırda respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.



Müharibə əlilləri və şəhid ailələrinin sosial təminat növləri – pensiya və ya sosial müavinətlərlə, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edildikləri, eləcə də onların uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənildiyi, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmin insanlar üçün qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən, müharibə əlillərinin tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub.



Rayon sakinləri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların, həmçinin bu döyüşlərdə şəhid olmuş insanların ailələrinin yeni mənzillərlə təmin olunmasının, ümumən onlara dövlət qayğısının daim artırılmasının əhali tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.



Sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.05.2017
Xalq artisti jurnalistə hücum etdi - məhkəmədə qalmaqal
23.05.2017
Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Dolunun FƏSADLARI - VİDEO
23.05.2017
Dövlət universitetlərində təhsil haqları endiriləcəkmi? - VİDEO
23.05.2017
Müdafiə Nazirliyində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib
23.05.2017
Tarif Şurası dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin qiymətini müəyyən edib