Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

2500 nəfər qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır

12:57  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Dünya üzrə bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

Ç.Əsədovun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir və bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, ağır kliniki gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir.

C.Əsədov bildirib ki, uşaq və gənc yaşlarında qanın bədxassəli xəstəliklərindən ölüm halları 50 faizə yaxındır: “15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir və bu, narahatedici bir haldır. Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”.

Baş hematoloq deyib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostika və müalicəsində xeyli irəliləyişlərə nail olunub: “ Belə ki, müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, o xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır.

Son zamanlar qazanılan nailiyyətlər sayəsində artıq əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinin sağalmasını mümkün edir”.

Ç.Əsədov əlavə edib ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların bu xəstəliklərə düçar olması, müayinə və müalicənin xəstələrin çox maddi vəsait tələb etməsi bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2017
Meyvə şirələrinin faydalı xüsusiyyətləri
19.08.2017
Qarpızın bilmədiyiniz 6 FAYDASI
18.08.2017
Arıqlamaq istəyirsinizsə...
17.08.2017
Yuxunun az olması uşaqlarda bu QORXULU XƏSTƏLİYİN riskini artırır
16.08.2017
Bu insanlar ÇAY içməməlidir: ZİYANLARI