Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4964

Digər sorğular

Əyalətdə gənc fermerlərin maarifləndirilməsi ilə bağlı LAYİHƏ-FOTOLAR

12:00  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

“Gənc Ana və Uşaqların” Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki, Oğuz, Qəbələ rayonlarının 20-29 yaş arası gənc ailələr və gənc fermerləri arasında “Kənd təsərrüfatının inkişaf üsulları – gənc fermerlərin maarifləndirilməsi adlı layihənin icrasını uğurla davam etdirir. Bu barədə QAZİLER.AZ-a “Gənc Ana və Uşaqların” Maarifləndirilməsi İctimai Birliyindən məlumat verilib.


Layihənin əsas məqsədi ərzaq təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb edən əkinçilik məhsulları istehsalı həcminin intensiv inkişaf üsulları ilə artırılmasına dair yeni metodlar barədə gənc ailələrin – fermerlərin maarifləndirilməsidir.



Keçirilən təlimlərdə layihə müəllifləri və təlimçilər əkinçiliyin inkişafında hələ də müasir intensiv inkişaf metodlarından az istifadə edən və çox vaxt demək olar ki, istifadə etməyən Şəki-Zaqatala zonasında yaşayan ev təssərrüfatı ilə məşğul olan gənc ailələlər və gənc fermerləri bu üsullarla yaxından tanış etmiş və onların nöqsanlarını özləri ilə birlikdə müzakirə edərək aradan qaldırılmasına yönəldilən mütəxəssis məsləhətləri verilmişdir.



Təlimlərin sonunda iştirakçılara paylama materialları (papaq, köynək, buklet, təqvim və s. paylanılmışdır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Uşaq əməyinin istismarı ilə bağlı seminar keçirilib
20.10.2017
Əmək, məşğulluq və sosial müdafiə məsələlərinə dair beynəlxalq elmi-praktik konfrans keçirilib
20.10.2017
Məcburi köçkünlərə aylıq müavinət barədə elektron qaydada məlumat veriləcək
20.10.2017
Tələbə qəbulu Qaydalarında dəyişiklik edilib
20.10.2017
Saatlıda “Məktəblərarası əlaqə“ adlı layihənin təqdimatı olub