Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4972

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımovun ad günüdür

10:41  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Qasımov Muxtar Cahid oğlu -10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Qasımovlar ailəsi 1963-cü ildə doğma ata-baba yurdu olan Ağdam şəhərinə qayıdır. O, 1964-cü ildə atasının işlədiyi 5 saylı orta məktəbə qədəm basır. Sakit, təmkinli xasiyyəti ilə yoldaşlarından seçilən Muxtar 1974-cü ildə təhsili əla qiymətlərlə başa vurur. O, həkimlik peşəsini çox sevirdi. Kamil həkim olmaq üçün bütün fənləri mükəmməl öyrənir. Elə bu arzuyla sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna (red-indiki Azərbaycan Dövlət Tibb Universiteti) verir. Lakin həmin ili məktəbə daxil ola bilməsə də bu uğursuzluq onu əsla ruhdan salmadı. Bir müddət Ağdam Konserv zavodunda, sonra isə Tikinti-quraşdırma idarəsində əmək fəaliyyətinə başladı. Növbəti ildə isə o, Tibb İnistitutunun müalicə-profilatika fakultəsinə daxil olur.

1981-ci ildə Universiteti bitirdikdən sonra Qasımov Muxtar Cahid oğlu təyinatla Dağlıq Qarabağa yolladılar. O, Xankəndindəki Təcili Yardım stansiyasında fəaliyyətə başladı. 1988-ci ildə erməni yaraqlılarının Azərbaycan torpaqlarına hücumu başlayanda o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olur. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışır. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəmir. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayır. İyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz blik və bacarığını bir daha nümayiş etdirir. Lakin amansız ölüm ömrünü yarıda qırdı. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi.

Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı Şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.10.2017
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
24.10.2017
MN: Ermənilər iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub
23.10.2017
Şəhidimiz dəfn edildi
23.10.2017
Erməni əsgərini snayperimiz belə vurdu – REAL VİDEO - 16+
23.10.2017
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb