Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4403

Digər sorğular

Regional seminar “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”

11:16  |    11 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


2017-ci ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən xəbər verilib.

Seminarda aşağıda göstərilən məsələlər müzakirə olunacaq:
- Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi;
- Zərgərlik nümunələrinin bərpa və konservasiyası;
- Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı;
- Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması;
- Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi;
-İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər.

Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

Seminar ərzində 25-27 yanvar, saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.

Daha ətraflı məlumat: http://www.icom.azeurotel.com/
[email protected]
Əlaqə nömrə:(+99412) 497 20 16

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.03.2017
Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
01.03.2017
“Xaricdən gətirilən onlarla erməni muzdlusu məhv edilib, zirehli texnika vurulub“ - rəsmi açıqlama
01.03.2017
Müşfiqin heykəlinin bərpası başladı
01.03.2017
Baş Prokurorluq Bakıda qətlə yetirilən qadınla bağlı məlumat yayıb
01.03.2017
Əli İnsanovun həbs müddəti artırıldı