NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. QAZİLER.AZ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər