Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4383

Digər sorğular

Aqil ABBAS: KÜRD BALASI TÜRKİYƏNİN RƏMZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLDİ

15:53  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Yüz il bundan öncə Osmanlını dağıdan güclər indi də Atatürkün az qala bütün dünya ilə savaşıb yaratdığı Türkiyəni parçalamaq üçün min bir plan üzərində işləyirlər: «A» planı, «B» planı, «C» planı, «D» planı… Yəni biri baş tutmayanda başqa bir plan işə düşür.

Bu planlardan biri qardaş ölkəni iç savaşa sürükləmək, türk-kürd qarşıdurmasına nail olmaqdır. Və bunun üzərində az qala 30 ildən çoxdur iş gedir. Amma nə qədər çaba göstərsələr də istəklərinə nail ola bilmirlər. Və inşallah da nail ola bilməyəcəklər. Dünya güclərinin birləşib yaratdıqları və ən müasir silahlarla silahlandırdıqları PKK-nın 30 ildən artıqdır törətdiyi terrorlarda bir işə yaramır. Hamıya gün kimi aydındır ki, PKK kürd xalqına xidmət etmir. Əksinə, kürd xalqına daha böyük zərbələr vurur. Və statistikanı araşdırsalar ortaya çıxar ki, PKK-nın qətlə yetirdikləri, şəhid etdikləri terror qurbanlarının sırasında kürdlərin sayı heç də türklərin sayından az deyil. Və PKK-ya qarşı mübarizədə həm Türk Silahlı Qüvvələrinin, həm jandarm və polis qüvvələrinin, eləcə də qorucuların içində kürdlər türklərlə bərabər vuruşur. Diqqət eləsəz elə qorucuların bəlkə də 70 faizi kürd əsillidirlər. Yəni Türkiyədə türk-kürd ayırımçılığı yoxdur. Həm Osmanlının dünyaya hökmranlıq etdiyi dönəmdə, həm İstiqlal savaşında, həm Çanaqqalada qardaş kimi kürək-kürəyə verib birgə savaşıblar, bir bütün olublar.

Ona görə də qazi Mustafa Kamal Paşa deyir: «Türk qurtaran yerdə kürd başlayır, kürd qurtaran yerdə türk!»

Ən qatı türk milliyyətçisi (irqçi yox ha, milliyyətçi) Başbuğ Alparslan Türkeş deyir: «Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür. Kürd hara qədər kürddüsə, türk də o qədər kürddür».



Heç uzağa getməyək. Türkiyə iqtisadiyyatının inkişafının təməlini qoyan, bügünkü Türkiyənin iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilməsində əvəzsiz xidməti olan və qardaş ölkəni dünyaya açan rəhmətlik Turqut Özal da kürd idi. 90-cı illərdə PKK-ya qarşı vuruşanların ön sırasında yer alan Sadat Bucaq da kürddü…

… Sadat Bucaq 1996-cı il noyabrın 3-də Susurluqda Abdulla Çatlıya qarşı törədilən terrorda (təəssüf ki, bunu terror kimi yox, sıradan bir avtoqəza kimi hallandırdılar) ağır yaralanmışdı…

… Fetih Sekin! İndi bu fədakar polis işçisi Türkiyənin rəmzlərindən birinə çevrilib. O öz canını qurban edərək İzmir Ədliyyə Sarayında həyata keçirilməsi nəzərdə tutulan dəhşətli bir terrorun qarşısını aldı. Əgər terrorçular bomba yüklü maşını ədliyyə binasına çırpıb (özü də həmin yerdə yüzə yaxın insanın yemək yediyi lokanta da var) partlatsaydılar kim bilir bəlkə onlarla, yüzlərlə insan həlak olardı. Amma bu qəhrəman polis işçisi anında bomba yüklü maşının fərqinə vardı, qarşısını kəsdi, nəticədə terrorçular maşını avtoparkda partlatdılar. Və Fetih Sekin terrorçularla son damla qanına qədər atışdı. Üç terrorçunun ikisini öldürdü, özünün isə gülləsi qurtardı və şəhid oldu. 40 yaşlı bu qəhrəman, üç uşaq atası öz canını yüzlərlə cana qurban verdi.

Elazığ doğumlu idi. Elazığdakı evləri müqəddəs Türk bayrağına bələnmişdi və anası oğluna kürdcə ağı deyirdi.

Bəli, bir kürd balası özünü qurban verdi ki, onlarla, yüzlərlə türk yaşasın!

Kürd xalqının övladı Fetih Sekindir, PKK-çılar deyil!

P.S. 90-cı illərin əvvəllərində məlum qüvvələr separatizm oacaqları qalamağa çalışdılar. Milli ayrı-seçkilik salmaq üçün əllərindən gələni əsirgəmədilər. Və elə indi də çaba göstərirlər. Alınmaz! Birinci Qarabağ savaşında həmin qüvvələrə layiqli dərs verildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistan ordusuna qarşı döyüşdə türkü, talışı, kürdü, rusu, ləzgisi, avarı, yəhudisi çiyin-çiyinə vuruşdular: Azərbaycan naminə! Yüzlərlə, minlərlə şəhid verdilər, Azərbaycan naminə «uf» demədən canlarından keçdilər.

Belə getsə, ikinci Qarabağ savaşı da qaçılmazdır. Qarabağı Azərbaycan xalqı türkü ilə, talışı ilə, kürdü ilə, rusu, ləzgisi, avarı, yəhudisi ilə birlikdə azad edəcək. Yenə çiyin-çiyinə, bir bayraq altında!

Qarabağı birlikdə azad edəcəyik! Yuxa qulağı sulayanlar da elə yuxa qulağı sulaya-sulaya qalacaqlar.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
09.02.2017
Jurnalist olmaq
09.02.2017
Kamal Axundov: “Azərbaycan beynəlxalq arenada idman ölkəsi imicini qazanıb”
06.02.2017
Bakı küçələri ermənilərin nəzarətinə keçirTaksi ilə gələn “bomba” - ARAŞDIRMA
30.01.2017
Məni çağır gəlim
27.01.2017
Tanrı türkləri sevir