Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5111

Digər sorğular

İlham Əliyev: “Xarici yardım olmasa, ermənilər bir həftə qabağımızda dura bilməyəcək“

15:10  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

“Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.


Dövlət başçısı 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunub: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.

Prezident bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağıl Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Sumqayıt Bulvarının 2 kilometri yoxa çıxdı -FOTO
11.12.2017
Salyan və Neftçala rayonlarında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ev verilib
11.12.2017
Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlundan xəbər var...
11.12.2017
UNEC-də Heydər Əliyevlə bağlı tədbir keçirilib - FOTO
11.12.2017
“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb