Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4306

Digər sorğular

İşğal altındakı rayonlardan olan gənclər hərbi xidmətə yola salınıblar

12:53  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

09 yanvar 2017-ci il tarixdə Xətai rayonundakı Heydər Parkında Şuşa, Laçın, Cəbrayıl rayonlarından olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları və nümayəndələri, ictimaiyyətin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər. Bu barədə QAZİLER.AZ-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

İştirakçılar əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çağırışçılara uğurlar arzulayaraq onların işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak edəcəklərinə inandığını bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.

“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Xidmətin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Anar Əliyev, Qarabağ müharibəsi veteranı Yaşar Məhərrəmov, çağırışçıların valideynləri, eləcə də çağırışçılar çıxış edərək gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı tövsiyə ediblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Müavinət almayacaq məcburi köçkün kateqoriyaları açıqlanıb
24.01.2017
Sevib evləndilər, amma təhdid olunurlar - Onları yalnız qızın atası xilas edə bilər - VİDEO
24.01.2017
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin ödənilməsi QAYDASI açıqlandı
24.01.2017
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib
24.01.2017
Erməni kimi təqdim edilən xanım “Space”in əməkdaşı imiş - Açıqlama