Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4972

Digər sorğular

Azərbaycanda 5 manatlıq xidmət 100-ə qaldırıldı - Rəsmi açıqlama

12:44  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müzakirələrə səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin fantastik dərəcədə artırılmasıdır. Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır.


"Qafqazinfo” məsələylə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü ilə əlaqə saxlayıb. Şöbə müdiri qiymət artımının səbəbini kitabxananın mühafizə sisteminin gücləndirilməsi ilə izah edib. O, bildirib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir:

"Mərkəzi Elmi Kitabxana AMEA-nın bir müəssisəsidir. Odur ki, bizim digər kitabxanalardan fərqli olaraq əsas işimiz Akademiyanın əməkdaşlarının oxucu hüququ qazanmasını təmin etməkdir. Yeni qaydalara əsasən, onlar üçün 1 illik oxucu kartının qiyməti 5 manat olaraq saxlanılıb. Bundan başqa, Akademiyada magistr təhsili alanlar, güzəşli kateqoriyasına daxil olan şəxslər üçün kitabxanadan istifadə ödənişsizdir. Ancaq artıq yuxarıda sadaladığımız kateqoriyalara daxil olmayan şəxslər üçün kart əldə etmək yanvar ayının 1-dən etibarən 100 manat nəzərdə tutulub. Bu yolla kitabxanada mühafizəni artırmaq üçün lazım olan əlavə işçi qüvvəsini cəlb etmək istəyirik”.

M. Göyüşlü onu da bildirib ki, maddi durumla bağlı vəziyyət düzələn kimi həm ikinövbəli sistem, həm də oxucu kartının qiyməti əvvəlki vəziyyətinə qaytarılacaq:

"İnformasiya resurslarının təhlükəsizliyi səbəbi ilə biz ikinövbəli sistemi dayandırmağa məcbur olmuşduq. Bizdə olan informasiya resursları - kitablar, xəritələr və digər sənədlərin mühafizəsi üçün kifayət qədər mühafizə qüvvəsi yoxdur. Ayrılan vəsait də yeni işçi qüvvəsi cəlb etməyə kifayət etmir. Maliyyə məsələsi ilə bağlı çətinliklər var. Düşündük ki, bu vasitə ilə öz xərclərimizi müəyyən bir müddət üçün stimullaşdıra bilərik. Həm ikinövbəli sistemin ləğvi, həm də oxucu kartındakı qiymət artımı müvəqqəti xarakter daşıyır. Maddi durumla bağlı vəziyyət düzələn kimi hər iki məsələdə yenidən əvvəlki qaydalar tətbiq olunacaq.

Sonda şöbə müdiri hazırda ikinövbəli sistemə qayıtmaq üçün AMEA-nın rəyasət heyəti ilə danışıqlar aparıldığını da qeyd edib:

"Bununla bağlı müəyyən təkliflərimizi vermişik. İkinövbəli sistem üçün əlavə işçi qüvvəsinə ehtiyac var. Bizim niyyətimiz nə pul qazanmaqdır, nə də ki, vətəndaşların oxumasına mane olmaq. Çox çalışırıq ki, əvvəlki qaydalar yenidən bərpa olunsun. Ancaq hazırda kitabxanada qiymətli kitablar, nüxsələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.10.2017
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlanması gözlənilir- XƏBƏRDARLIQ
23.10.2017
Azərbaycanda bəzi sürücülər təhlükəsizlik kəməri taxmaya bilər - KİMLƏR?
23.10.2017
Kəmaləddin Heydərov qadın generalı da işdən qovdu: FHN-də nə baş verir?
23.10.2017
Bəzi yerlərdə yağış yağacaq - HAVA PROQNOZU
23.10.2017
Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yayıb