Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

Bu müəllimlərin də maaşı artırılacaq

12:00  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

10-11 yanvar tarixlərində diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin də əməkhaqları bu ildən artırılacaq.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu gün və sabah baş tutacaq diaqnostik qiymətləndirmədə ötən il diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər iştirak edəcəklər.

Diaqnostik qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcəklər(Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalı). Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu qiymətləndirməyə qatılacaqlar.

C.Valehov onu da qeyd edib ki, 2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ukraynalı partiya lideri: “Saakaşvili sərhədi keçən kimi güllələyin!”
21.08.2017
Sabahın məzənnəsi açıqlandı
21.08.2017
BMT-dən silahlı robotların qadağan edilməsi tələb olundu!
21.08.2017
Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin
21.08.2017
Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb