Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

Azərbaycan Prezidentinin 2016-cı ildə xarici ölkələrə etdiyi səfərlərin sayı açıqlanıb

10:09  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə 12 ölkəyə 16 səfər edib.

Qaziler.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı ötən il 9 beynəlxalq toplantıda iştirak edib.

Prezident İlham Əliyev ötən il Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Prezident ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.

İlk səfər mart ayının 15-də gerçəkləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu
21.10.2017
İşğalçıya çarpaz zərbə: Bakının “əli” güclənir, İrəvan şanssız qalır
20.10.2017
“Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq“ - Prezident
20.10.2017
Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir
20.10.2017
Milli Məclisdən yeni medalla bağlı qərar