Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4298

Digər sorğular

Avropada 40 nəfər şaxtanın qurbanı olub

09:36  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Avropada güclü şaxtadan ölənlərin sayı 40-a çatıb.

Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə DW agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin böyük qismi Polşanın payına düşür. Bu ölkədə təkcə ötən həftənin şənbə gecəsindən bazar gününə qədər 10 nəfər donub. Ümumilikdə Polşada şaxta qurbanlarının sayı 30 nəfərə çatıb.

Çexiyada şaxtadan ölənlərin sayı 3-dən 6 nəfərə yüksəlib. Bu rəqəm Belarusda 2 nəfər təşkil edir.

Daha 2 nəfər isə İtaliyada soyuqdan donub. Bunlardan biri istilik sisteminin olmadığı mənzildə dünyasını dəyişmiş 82 yaşlı təqaüdçüdür. Digər şəxs isə 78 yaşlı qocadır. O, küçəyə çıxarkən huşunu itirərək yıxılıb və aldığı zərbədən ölüb.

Avropadakı güclü şaxtadan ölənlərin böyük qismi evsiz insanlardır.

Associated Press isə İtaliyada 7 nəfərin öldüyünü xəbər verib. Agentliyin məlumatına görə, Bolqarıstan və Yunanıstandan da şaxtadan ölüm halları daxil olub.

Qeyd edək ki, güclü şaxtalı hava şəraiti Avropanın bir sıra ölkələrində nəqliyyatın da hərəkətini iflic edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.01.2017
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 46 silahlısını zərərsizləşdirib
21.01.2017
Danimarka XİN erməniləri pərişan etdi - Soyqırım məsələsi
21.01.2017
Pakistanda partlayışda ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB
21.01.2017
Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri qəbul edib
20.01.2017
Qırğızıstanda qəzaya uğramış “Boeing“in “qara qutu“ları açılır