Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4298

Digər sorğular

Rəcəb Tayyib Ərdoğan: “Onlara dost deməyə dilim gəlmir”

19:30  |    09 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


”Onlara dost deməyə dilim gəlmir”.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplatısında deyib.

Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı "qara siyahı"da olan FETÖ-çu (Fətullahçı Terror Təşklilat - “Report”) şəxsi ABŞ-da rektor təyin ediblər: "Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq. Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcmeyidə verilir. Onlar dövlət çevirlişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından mütəfiq dediyimiz dövlətlərə bu yaraşmır".

Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər” adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.

Toplantı yanvarın 14-də başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.01.2017
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 46 silahlısını zərərsizləşdirib
21.01.2017
Danimarka XİN erməniləri pərişan etdi - Soyqırım məsələsi
21.01.2017
Pakistanda partlayışda ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB
21.01.2017
Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri qəbul edib
20.01.2017
Qırğızıstanda qəzaya uğramış “Boeing“in “qara qutu“ları açılır