Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4475

Digər sorğular

Ukrayna Erməniləri Milli Konqresinin sədri: “Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır”

19:10  |    09 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan bu ölkədəki Birləşmiş Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevlə biznes ortalığı və son Yeni İl şənliyində Dağlıq Qarabağla bağlı onların adından yayılan xəbərlərə aydınlıq gətirib.

Aşot Ovanesyan APA-ya açıqlamasında bildirib ki, qeyd edilən yeni il şənliyi ermənilər tərəfindən ermənilərin məkanında yox, “Bakı” restoranında Ukraynada yaşayan etnik xalqlar tərəfindən keçirilib, ermənilərdən də orada yalnız o iştirak edib.

A. Ovanesyan qeyd edib ki, məclisdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı azərbaycanlıların imicinə xələl gətirən söhbətlərin aparılması barədə deyilənlər yalandır: “Mən mədəniyyət xadimiyəm. Rövşən Tağıyev isə Ukraynanın tanınmış simasıdır, vətəni Azərbaycanın əsl patriotudur. Mən onu uzun illərdir tanıyıram. Belə dezinformasiyalarla tək onun imicini yox, Azərbaycan diasporunu ləkələmək istəyirlər”.

A. Ovanesyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də açıqlayıb: “Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.03.2017
ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağdadır
28.03.2017
Atəşkəs 130 dəfə pozulub
27.03.2017
Amerikalı həmsədr: “Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var“
27.03.2017
Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
26.03.2017
Sərkisyanın Qarabağda növbəti Aprel etirafı