Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4687

Digər sorğular

Avtobuslarda vərəm yayıla bilər - Həkim

18:00  |    09 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanda ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılmaması vərəm xəstəliyinin yayılmasına səbəb ola bilər.

Bunu Report-a açıqlamasında həkim-ftiziatr Polad Muradov bildirib.

Onun sözlərinə görə, vərəmə yoluxan hansısa bir şəxs xəstəliyini avtobusda digərlərinə də keçirə bilər: "Vərəm xəstəliyi 95 faiz hallarda hava-damcı yolu ilə keçir. Əşyalarla yoluxma isə cəmi 5 faizə qədərdir. Ancaq vərəm xəstəliyinə yoluxan şəxs ictimai nəqliyyatdan istifadə edərkən ağız suyu və s. bulaşmış əli ilə tutacaqdan tutmaqla sağlam adamı da yoluxdura bilər".

Həkim-ftiziatr deyib ki, vərəmə yoluxan insanda xəstəliyin əlamətləri tez müşahidə edilmir: "Əgər orqanizm zəifləyərsə, xəstəlik özünü büruzə verə bilər. Vərəmə yoluxmamaq üçün soyuqdan qorunmaq lazımdır. Xəstə insanla təmasda da olmamaq daha yaxşıdır. Otaqların havası tez-tez dəyişdirilməlidir. Təbii ki, hər bir öskürən insan vərəm deyil. Öskürək çox zaman yuxarı tənəffüs yollarının iltihabının aşağı tənəffüs yollarına keçməsi nəticəsində yaranır. Orqanizmi bu problemdən qorumaq üçün immuniteti gücləndirmək vacibdir".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Ali məktəblərdə ödənişli xidmətlər artacaq - NAZİRLİK
23.06.2017
Masallının icra başçısı 81 yaşlı hacını şərləyib cəzalandırdı - VİDEO
23.06.2017
Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı - FOTOLAR
23.06.2017
Bakı-Batumi avtobus reysi açılır
22.06.2017
MTN polkovniki 147 min manata həbsxanadan adam çıxarırmış - MƏHKƏMƏ