Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4690

Digər sorğular

Mübariz Mənsimov canlı əfsanə oldu

15:25  |    09 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Cəmiyyətdə əfsanələrə ciddi maraq var. Bu hətta ciddi informasiyalardan da çox oxunur. Məsələ azərbaycanlı milyonçu Mübariz Mənsimovun bir müddət əvvəl Türkiyədə yaşadığı olaya köklənir.

Beləki, milyonçumuz Türkiyədə restoranların birində nahar edərkən yoxsul türk qadını restorana daxil olub ac olduğunu deyir. Mühafizəçilər tərəfindən məntəqədən uzaqlaşdırılmağa çalışılan qadın Mənsimovun nəzərindən yayınmır və o həmin restorana tapşırır ki, qadına hər gün nahar verilsin. Hətta milyonçu restoranda əyləşən zənginləri oradan uzaqlaşdırıb və deyib ki, onlar hər gün belə restoranlarda nahar edə bilərlər ancaq bu qadının belə bir şansı yoxdur. "Palmali” şirklətlər qurupunun prezidenti və "Xəzər –Lənkəran” futbol klubun fəxri prezidenti Mübariz Mənsimovun bu addımı geniş oxucu kütləsi tərəfindən və Türkiyədə böyük maraq və sayğı ilə qarşılanmışdı. Vədə ötdü və mətbuatımız yenidən həmin xəbəri gündəmə gətirdi. Sizi inandırım ki, apardığım müşahidələrə görə indi bu olay daha çox izləyici kütləsi toplayıb. Yaxşı mənada örnək olaraq cəmiyyətə əfsanə göstərdilər. İndi Mübariz canlı əfsanəyə çevrilib. Mübariz Mənsimov daha öncə bir neçə dəfə xeyirxah addımlar atıb. Bayramlarda yoxsulları sevindirib. Artıq xeyirxah milyonçunu xalq daha mükəmməl biri kimi tanıyır. Media orqanları isə əvəzində daha çox reytinq topladı. Orta səviyyəli portallarda 20 mindən çox baxış sayı aldı. Hələ güclü oxucu kütləsi olan saytları demirəm. Mübariz Mənsimovu tanımayanlar da artıq tanıyır.

Rüfət Soltan
Adalet.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.06.2017
Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır
12.06.2017
Rejissor “Muhəmməd Allahın elçisidir” filmini tənqid etdi
11.06.2017
Ay evlilər, yol verin...
07.06.2017
Məhəmməd peyğəmbər haqda film Azərbaycan ilahiyyatçılarında etiraz yaratdı: “Xurafatdır”
04.06.2017
Azərbaycanda yasaq qəbirlər...