Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5555

Digər sorğular

Rusiya gündəlik neft hasilatını 158 min barel azaldıb

16:50  |    09 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Rusiyanın neft şirkətləri yanvarın 6-na olan hesabata əsasən neft hasilatını dekabrın 29-u ilə müqayisədə 1,2% və ya 158 min barel azaldıb.

"Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi açıqlama yayıb. Məlumata görə, dekabrın 29-na 1,529 mln. ton və ya 11,437 mln. barel olan gündəlik neft hasilatı yanvarın 6-da 1,508 mln. ton və ya 11,279 mln. barel təşkil edib.

Qeyd edək ki, noyabrın 30-da Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin neft bazarını tənzimləmək məqsədilə hasilatı azaltmaq barədə anlaşmasına görə, Rusiya gündəlik neft hasilatını 300 min barel azaltmaq barədə öhdəlik qəbul edib. Energetika naziri Aleksandr Novak Rusiya neft şirkətlərinin hasilatı yanvarda 50 min barel, martda 200 min barel, aprel-may aylarında isə 300 min barel azaldacağını açıqlasa da, yanvarın 6-na olan hesabatda Rusiyanın gündəlik hasilatı artıq 158 min barel azaltdığı müşahidə edilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.05.2018
Bakıda evlər bahalaşdı-Ekspert
18.05.2018
Azərbaycanda bir sıra rüsumlar artırıldı
16.05.2018
Türkiyə-ABŞ bank sistemi çökə bilər - 32 aylıq həbs
14.05.2018
Azərbaycandan Ermənistana keçənlərə inanmadılar - Video
11.05.2018
Trampın addımı Azərbaycana qazanc gətirir – Ekspertdən mühüm açıqlama