Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

Qar təmizləyəndə 120 minlik qızıl tapdı, sahibinə qaytardı

19:27  |    08 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir.

Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.

Belə ki, qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan, qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğu aşkar edib və onları sahibinə verib.

Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.

Zengin evə qayıdarkən qızılları cibindən düşürüb. Evə çatanda isə qızılları düşürdüyünün fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin, kor-peşman evinə dönüb.

Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi olan bələdiyyədə fəhlə işləyən Təkin Arslan, "Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim" deyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Ərdoğan: "Qüdsü əldən versək, Məkkəni də itirəcəyik"
15.12.2017
İndoneziyada güclü zəlzələ
15.12.2017
Renat Kuzmin:Saakaşvilini həbs edən PROKUROR KREMLİN CASUSUDUR
15.12.2017
Marixuana və həşişin satışı qanuniləşib-Danimarkada
15.12.2017
Sarkisyan Təhlükəsizlik Şurasını topladı