Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4616

Digər sorğular

Dünya 163 və 152 yaşlı azərbaycanlılardan danışır - VİDEO

14:20  |    08 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Lerik rayonunda doğulan Mahmud Eyvazov və Şirəli Müslümov Azərbaycanın ən uzunömürlü insanlarından hesab olunurlar.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Mahmud Eyvazov 7 fevral 1808-ci ildə Lerik rayonunun Pirəsora kəndində anadan olub. 1956-cı ildə ona SSRİ poçt markası həsr olunub. Həmin il isə Mahmud babanın qızının 120 yaşı tamam olub.

Təqdim etdiyimiz görüntülər 1959-cu ildə Lerikin sözügedən kəndində, fermerlərin olduğu ərazidə çəkilib. Videoda Mahmud Eyvazov və başqa bir nəfər atlarını kameraya tərəf sürürlər. Oradakı çoban hər iki şəxsi dayandıraraq, onlarla söhbət edir. Və birlikdə həmin ərazini gəzirlər.

Görüntülərdə Pirəsora kəndinin ümumi görüntüsü, Mahmudun evinin həyəti və nəvələri ilə münasibəti əks olunub.

Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirəsora kəndində vəfat edib.

1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olan Şirəli Müslümov da Azərbaycanın uzunömürlü insanları siyahısındadır.

O, 3 dəfə evlənib və 23 övladı olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkib. 136 yaşında yenidən qız atası olub. Uzunömürlülüyünə görə, Ginnesin Rekordlar Kitabına düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd şəxsiyyət vəsiqəsi olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığı üçün Müslümovun yaşı şübhə doğurur.

O, 1973-cü ildə 163 yaşında dünyasını dəyişib.

Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-cü ildə əhalinin siyahıya alınması, yaş və doğum məsələlərinə aid olan bölməsi xüsusi diqqət çəkir. Əsərdə Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövr üçün qeyri-mümkün olduğu, kəndin dağlıq ərazidə və çətin şəraitdə yerləşdiyi, cənub mərkəzi ilə əlaqələrin və s. olmadığı yazılıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmadığına diqqət çəkib və onun 100 ilə yaxın yaşadığını qeyd edib.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.05.2017
Xalq artisti jurnalistə hücum etdi - məhkəmədə qalmaqal
23.05.2017
Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Dolunun FƏSADLARI - VİDEO
23.05.2017
Dövlət universitetlərində təhsil haqları endiriləcəkmi? - VİDEO
23.05.2017
Müdafiə Nazirliyində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib
23.05.2017
Tarif Şurası dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin qiymətini müəyyən edib