Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

Pomeo və Culyetta kim olub? - ƏSL HEKAYƏT DAHA KƏDƏRLİDİR

21:22  |    07 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Şekspir yanılmışdı: əsl Romeo və Culyetta hekayəsi daha kədərli idi.

Əsas kədərli olan onun reallığı idi. Əsər qələmə alınmamışdan xeyli əvvəl onun saxta olmayan dramı yaşanmışdı. Bəs dünya ədəbiyyatında ən populyar cütlüyün prototipi kim olub?



Əlbəttə, Şeksprin bu əsəri yazarkən nədən ilhamlandığını birmənalı şəkildə söyləmək mümkün deyil. Lakin elə tarixi faktlar vardır ki, yaradıcı insanların ağıl və təxəyyülündə dərin izlər buraxır. Sözügedən faciə Portuqaliya kralı IV Cəsur Afonso ilə bağlıdır. Onun 1320-ci ildə oğlu dünyaya gəlmiş və ona Pedro adı qoyulmuşdu. Məhz o, öz ölkəsində ən dramatik sevgi tarixçəsinin qəhrəmanı olmuşdur.

Pedronun 14 yaşı olanda atası onu ispan şahzadəsi Konstansiya ilə evləndirmək qərarına gəlir. Hər şey qaydasında ola bilərdi. Lakin gənc oğlan saray xanımlarından biri olan İnes de Kastro adlı sarışın qıza aşiq olmuşdu. Şahzadə üçün birinci yerdə hiss deyil, borc dayanmalı idi. Buna görə də o, atasının iradəsinə tabe olaraq Konstansiya ilə evlənir. Lakin bu ittifaq ona paralel olaraq qəşəng freylina ilə münasibətləri davam etdirməyə mane olmadı. 1345-ci ildə onun nikahlı arvadı dünyanı vaxtsız tərk edəndə şahzadə bunu sevginin xeyrinə olduğunu hesab edir.

Pedro freylina ilə olan sevgi münasibətini gizli saxlamır, bu isə şahzadə üçün ikinci sülalə nikahı planlaşdıran kralı qəzəbləndirir. Kral IV Afonso sevgililəri nəyin bahasına olursa-olsun ayırmağı düşünür. Kral yeni nikahı təşkil etməyi düşünənə qədər sevgililər bir yerdə yaşamağa başlayırlar. İnes şahzadə üçün 4 övlad dünyaya gətirməyə imkan tapır. Maraqlıdır ki, Pedronun qanuni oğlundan fərqli olaraq İnesin uşaqları sağlam böyüyürdülər. Bu fakt da Afonsonu həyəcanlandırırdı. Çünki o, gələcək varisin layiqli iddiaçı olmasını istəyirdi. Xanədanı qorumaq üçün o, İnesi həbsxanaya salmaq qərarına gəlir.



İnes de Kastro IV Afonsodan ona rəhm etməyi xahiş edir. O, ömürlük sürgünə də hazır idi, təki övladları, eyni zamanda, kralın nəvələri anasız qalmasın. Lakin kral fikrindən dönmür: qadın uşaqlarının gözü önündə öldürülür.

Pedro qəzəblənmişdi. Münaqişə şahzadənin öz atasına qarşı apardığı iki illik vətəndaş müharibəsinə səbəb oldu. Bu münaqişəyə yalnız 1357-ci ildə IV Afonsonun ölümü nöqtə qoya bildi. Portuqaliyanın yeni kralı artıq Pedro idi. Yeni kralın ilk işi sevgilisini öldürənləri taparaq cəzalandırmaq oldu: ittihama görə qəlbsiz olan həmin şəxslər həqiqi mənada da ürəkdən məhrum edildilər.

Sonra baş verənlər artıq dəlilik idi. Yeni kral İnesin cəsədini qəbirdən çıxardılaraq gətirilməsini tələb etdi. Onu kraliça kimi taxtda "əyləşdirdilər". Bütün saray adamları ölünün əlini öpməli idi.



Sonradan Pedro sevgilisini Alkubasa monastrının kilsəsində dəfn etdi. Onun qarşısında bir dənə də sarkofaq hazırlandı. Burada ölümündən sonra Pedro özü "yatacaqdı".

QAZİLER.AZ
Arzu Səlim
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
“Titanik“ sərnişininin məktubu 126 min avroya satıldı
22.10.2017
İllər üzrə 2018-in proqnozu: İt ilində bizi nə gözləyir?
22.10.2017
Yaponlar yeni ötürmə qutusunu fikirləşdilər -Fotolar
22.10.2017
Sabahın hava proqnozu: Yağış yağacaq
22.10.2017
Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri ictimailəşdirəcək