Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4819

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Naiq Nəsir oğlu Yusifovun ad günüdür

10:31  |    05 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Yusifov Naiq Nəsir oğlu -5 yanvar 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə burda orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağrılır.

1990-cı ilin yayında xidməti başa vuraraq Vətənə dönür. Naiq ordudan gəldiyi zaman artıq elan olunmamış Qarabağ müharibəsi başlamışdı. O, könüllərdən ibarət dəstələrdən birinə yazılır. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə olur. Erməni yaraqlıları Ağdam istiqamətində irəliləyirdilər. Naiq və onun döyüşçü dostları döyüşə atılır. Ermənilər pərə-pərən düşdülər və geri çəkildilər.

Bu döyüşdə ruhlanan cəsur Yusifov Naiq Nəsir oğlu 1992-ci ilin martın 24-də Tovuz rayonundakı döyüşlərdə də iştirak edir. Həmin ilin sentyabrında Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə qanlı döyüş başlayır. Naiq qumbaraatanla ermənilərin PDS-ni vurur, alova bürünmüş maşını görən ermənilər pərən-pərənə düşür.

Qəfil qumbara qəlpəsi Naiq Nəsir oğlunu yerə sərir. Qalxmaq istəsə də, bacarmır, ona yaxınlaşan ermənilərə avtomat ilə atəş açır. Vətənimizin cəsur oğlu sonuncu qumbarasını sinəsinə sıxaraq, 22 yaşında ən uca və müqəddəs zirvəyə ucalır.

Subay idi.

Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə qəhrəmanımız Yusifov Naiq Nəsir oğlunun təhsil aldığı orta məktəb indi onun adını daşıyır.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.08.2017
Deputat anons verdi: “Qarabağ münaqişəsinə dair müqavilə hazırlanır”
19.08.2017
Cəbhədə erməni təxribatı davam edir
18.08.2017
Atəşkəs 112 dəfə pozuldu
17.08.2017
Mariya Zaxarova: “Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir“
17.08.2017
Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər edib - FOTOLAR