Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4469

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərim oğlu Kərimovun ad günüdür

10:22  |    05 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Kərimov Elgiz Kərim oğlu - 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. 1977-ci ildə məktəbə getmiş, 1987-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə çağırılmışdır. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib, doğma yurda qayıtmışdır. Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Elgiz bu vəhşiliklərə dözə bilmirdi. O, 1991-ci ilin fevral ayında silaha sarılaraq, Vətəninin müdafiəsinə qalxdı. O, könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Gənc əsgərin şöhrəti elləri gəzdi. O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvanik kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı. Döyüşçülərimiz azad edildi. Ancaq, nə edəsən ki, Elgiz özü düşmən gülləsinə tuş gəldi. O, 21 yaşında canından əziz tutduğu Vətən torpağı uğrunda qəhrəmancasına həlak oldu.


Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bərdə rayonunda dəfn edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.03.2017
Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”
25.03.2017
“Döyüş gündəliyi - Talış“ filmi təqdim edilib -FOTOLAR
25.03.2017
Cəbhədə atəşkəs 117 dəfə pozulub
24.03.2017
Şuşa 25 il sonra - tarixi abidələr dağıdılıb, binalar qəzalı vəziyyətdə - VİDEO
24.03.2017
Düşmən atəşkəsi 109 dəfə pozub