Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4386

Digər sorğular

10 yaşlı Nurayın xalası: “Atası tərəfindən bizə təzyiqlər dayanmayıb“

14:19  |    07 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Uşaq psixoloji sarsıntı keçirib, evə zəng gəldi, qapı döyüldü Nuray qorxur.

Qaziler.az xəbər verir ki, bunu istipress-ə 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban xanım deyib.

"Məktəbə tək getməyə qorxur. Dərsdə onunla bir partada otururam. Hər bir şeydən qorxur. Atası tərəfindən bizə təzyiqlər dayanmayıb. Bu boyda biabırçılıqdan sonra bizi yenə yanvarın doqquzu Bakıda baş idarəyə çağırıblar, Nurəddin müəllimin yanına".

Uşağın xalası bildirib ki, məhkəmə otağından süründürülərək çıxarıldıqdan sonra Nuray atasından qaça bilib. "Atası onu zorla əlimdən alandan sonra Nuray çöldə əlindən qurtulub qaça bilib. Daha sonra polisə şikayət edib. Bizi süründürüb oralarda. Amma Allaha şükür olsun ki, uşaq bizdə qalıb".

Xalasının sözlərinə görə, Nurayı atası ilk dəfə məhkəmədə görüb. "10 ildə bir dəfə olsun qızını axtarmayıb. O, qızının yetimlik müavinətini almaq üçün bu qədər özündən çıxır. Onun gözü təxminən 200 manatdadır".

Mehriban xanım qeyd edib ki, Nurayın anası 2009-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Anasının ölümündən 1 il əvvəl isə cütlük rəsmən boşanıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan ürək parçalayan video 2016-cı ilin dekabrın 7-də lentə alınıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2017
Qarabağ atı cinsinin inkişafına dəstək
18.02.2017
QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Zəlimxan Məmmədliyə görə
18.02.2017
Ohanyanı kabinetində döyüblər - ETİRAFI
17.02.2017
Rayonlarda vəziyyət necədir? — VİDEO
28.01.2017
İcra başçısını yoxladılar: KÜLLİ MİQDARDA MƏNİMSƏMƏ — RƏSMİ