Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4547

Digər sorğular

STAR zavodunun podratçıları tətil elan edib

11:47  |    07 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


SOCAR-ın Türkiyədəki aktivi olan STAR neft emalı zavodunun tikintisində iştirak edən əsas podratçı şirkətlərdən biri "İlk İnşaat"ın təxminən 600 işçisi tətil elan edib.

Qaziler.az-ım məlumatına görə, "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistandan olan işçilər maaşlarını nizamlı şəkildə ala bilmədiklərini və qeyri-qənaətbəxş şərtlərlə çalışdıqlarını əsas gətirərək ötən gün işə çıxmayıblar.

Uzun müddətdir əmək haqlarının ödənmədiyini deyən işçilər sığınacaqlarının, o cümlədən qidalanma şərtlərinin də çox pis olduğunu qeyd edib. Məlumata görə, onlar üçün xüsusi olaraq ayrılan hindli aşpazın olmasına baxmayaraq, yeməkxanada yalnız türk yeməkləri verilir.

Məsul şəxslərin müdaxiləsi və şərtlərin düzəldiləcəyi ilə bağlı vədlərin verilməsindən sonra işçilər yenidən çalışmağa başlayıb.

"İlk İnşaat"dan sonra daha bir podratçı şirkət - "Gemont"un işçiləri də etiraz edib. Digər iki podratçı şirkətin işçilərini hava durumu ilə əlaqədar "Çayağzı" istiqamətindəki düşərgəyə göndərməsi "Gemont"un işçilərinin etirazına səbəb olub. Onlar bunun haqsızlıq olduğunu bildirərək çalışmaqdan imtina ediblər. Nəticədə xeyli işçi eyni anda işi dayandırıb.

Məsələ ilə bağlı açıqlama verən STAR neft emalı zavodunun rəsmilərinin sözlərinə görə, hindli işçilərin qidalanması məsələsi ilə bağlı kiçik problem yaranıb və məsələ artıq həll edilib: "Yemək məsələsinin bizimlə əlaqəsi yoxdur. Düşərgədə hindli işçilərin yeməkləri xüsusi hindli aşpaz tərəfindən hazırlanır. Lakin bəzən burada türk yeməkləri də verilir. Bu zaman yeməyin çəkisində müəyyən fərq yaranır ki, bu da narazılığa səbəb olur. Biz işçilərlə danışaraq məsələni həll etmişik".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Rusiyanın terror qruplaşmasının 12 üzvü saxlanılıb
26.04.2017
Əli İnsanova yeni cəza: 7 il 5 gün - hökm oxundu (Yenilənib)
26.04.2017
İlham Əliyevə Kəbənin üz örtüyü tərtibatının fraqmenti hədiyyə olundu
26.04.2017
Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun vəziyyəti ilə tanış olub
25.04.2017
Sabah dollar bu qiymətə olacaq