Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4968

Digər sorğular

Azərbaycan beynəlxalq təşkilatlara çağırış etdi

16:30  |    06 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan beynəlxalq təşkilatları hərbçimizin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından virtualaz.org-a verilən məlumata görə, 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.


Lakin hadisədən bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.10.2017
Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri Saatlı rayonunda dəfn ediləcək
22.10.2017
Müdafiə Nazirliyindən Ermənistan rəhbərliyinə xəbərdarlıq
22.10.2017
Hərbi qulluqçumuz şəhid olub - CƏBHƏ XƏBƏRİ!
22.10.2017
Cəbhədə gərgin gecə : Atəşkəs rejimi 123 dəfə pozulub
21.10.2017
“Qarabağ ATƏT-dən alınmalıdır” - Deputat Araz Əlizadə