Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

1 saniyə fərqlə eyni radara iki dəfə düşüb, cərimə ikiqat tələb olunur - VİDEO

23:57  |    05 Yanvar 2017  |   E-mail  |  Çapa göndər


Sürücü sürət həddini aşıb və radara düşüb.

Lakin ona həmin inzibati xətaya görə 1 yox, 2 protokol gəlib. Həm də 1 saniyə fərqlə. Bu halda sürücü hər iki cəriməni ödəməlidirmi? Baş Dövlət Yol Polisi İdarəsi məsələyə aydinliq gətirib.

Sürücü eyni radara 1 saniyə fərqlə 2 dəfə düşdü.

Qaziler.az xəzər xəbər-ə istinadən bildirir ki, qeyri-adi hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində baş verib. Bakı şəhər sakini minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən sürət həddini aşıb və radara düşüb.

Lakin sürücüyə eyni radardan inzibati xəta haqqında protokol 1 saniyə fərqlə 2 dəfə rəsmiləşdirilib və ünvanına göndərilib. Hər protokola görə də ayrıca cərimə tələb edilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, həmin sürücüyə 2 protokolun tərtib olunması texniki səhv ucbatından baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinini İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə indiyə kimi 2-3 dəfə bu cür hadisə baş verib və sürücülərin müraciəti əsasında protokolardan biri ləğv edilib.

Bu cür hallarda Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və ya şifahi məlumat vermək kifayətdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Bu restoranda şəhid övladlarının ad günü pulsuz qeyd edilir - VİDEO
21.08.2017
Avtomobilə “Satılır“ elanı yazanlar cərimələnəcək
21.08.2017
İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı
21.08.2017
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri elan olunub
21.08.2017
Jurnalistlər sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıblar