Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4689

Digər sorğular

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin 70 yaşı tamam olur

12:02  |    05 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant Şirin Mirzəyevin ad günüdür. Yaşasaydı 70 yaşı olacaqdı. QAZİLER.AZ saytına daxil olan məlumata görə, bu münasibətlə Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Ziyarət iştirakçıları Ş.Mirzəyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Şirin Mirzəyevin əsgəri olmuş Rey Kərimoğlu QAZİLER.AZ-a bildirib ki, Milli Qəhrəmanın 70 illiyi münasibətilə tədbir keçirilməsi planlaşdırılıb.



Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.



Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.



Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.







Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.06.2017
Dilqəm ailəsinə məktub yazmaqdan imtina edib
24.06.2017
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyevin ad günüdür-VİDEO
24.06.2017
Ermənilər sutka ərzində yaşayış məntəqələrimizə 44 mərmi atıb - Minaatanlardan
23.06.2017
“Ermənistan mədənlərindən əsir azərbaycanlıların qışqırıq səsləri eşidilir“ - İDDİA
22.06.2017
Fransa Senatında azərbaycanlı məcburi köçkünlərin problemi müzakirə olunub