Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4696

Digər sorğular

Dövlət hesabına oxuyan tələbələrə də təhsil kreditləri verilə bilər

10:23  |    05 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər.

QAZİLER.AZ-ın "Maarifçi" Tələbə Kredit Fondundan bildirilib ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil haqqı kreditləri istisna olmaqla, digər təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər də şamil oluna bilər.

Fonddan qeyd edilib ki, "Maarifçi" Tələbə Kredit Fondunun imkanları məhdud olduğundan və eyni zamanda bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.

Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır:

"Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur. Çünki tələbat əsasən bu istiqamət üzrədir. Təxmin edirik ki, bu təyinat üzrə tələbələrin ehtiyacları növbəti illərdə kifayət qədər ödəniləcək və Fond digər istiqamətlərdə də kreditlərin təqdim olunması planını həyata keçirməyə başlayacaq. Amma hələlik digər kredit növləri üzrə şərtlər məlum deyil”.

Xatırladaq ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verilir. Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

Kredit almaq üçün Fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.06.2017
Xalq artisti Qəndab Quliyeva vəfat edib
23.06.2017
Ali məktəblərdə ödənişli xidmətlər artacaq - NAZİRLİK
23.06.2017
Masallının icra başçısı 81 yaşlı hacını şərləyib cəzalandırdı - VİDEO
23.06.2017
Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı - FOTOLAR
23.06.2017
Bakı-Batumi avtobus reysi açılır