Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4689

Digər sorğular

Dollar dünya valyutalarına nisbətdə ən yüksək həddə çatıb

11:32  |    04 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Dolların məzənnəsi dünyanın əsas valyutalarına nisbətdə qəflətən yüksəlib.

“APA-Economics” “Bloomberg” agentliyinə istinadən məlumat verir ki, ABŞ-ın milli valyutasının məzənnəsində dəyişikliyi izləməyə imkan verən dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb.


Yanvarın 3-də avronun dollara qarşı məzənnəsi 1% ucuzlaşaraq 1,0341 dollara düşüb. Bu 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, sonuncu dəfə bu göstərici 2003-cü ilin yanvarın 3-də qeydə alınıb.

Yanvarın 3-də Yapon yeni dollara qarşı 0,6% ucuzlaşaraq 118,6 dollara, Türkiyə lirəsi isə 1,7% ucuzlaşaraq 3,6 lirəyə bərabər olub. Türkiyə lirəsi dollara nisbətdə ən çox ucuzlaşan valyuta olub.

Yanvarın 3-də Moskva birjasında dollar rubla qarşı 91,75 qəpik və ya 60,355 rubla qədər ucuzlaşıb. Amma dünya bazarında dolların möhkəmlənməsi səbəbindən neftin ucuzlaşması rublun məzənnəsinə təsir edib. Dolların bahalaşması fonunda Brent markalı neft 3 dollar ucuzlaşıb. Dünya bazarında trendin bu cür dəyişməsi ilə rubl ucuzlaşmağa başlayıb. Bununla da ticarət əməliyyatları zamanı dollar yenidən 61 rubl həddinə qayıdıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.06.2017
Leyla Əliyevanın Mədət Quliyevin oğlu ilə YENİ FOTOLARI
24.06.2017
Daha yeddi bank filial və şöbəsi gücləndirilmiş iş rejiminə keçib
24.06.2017
Zakir Həsənov ordumuzun şəxsi heyyətini, qaziləri, veteranları təbrik etdi
23.06.2017
Azərbaycan neftinin son qiyməti - Cüzi ucuzlaşıb
23.06.2017
Bayramdan sonra dollar bu qiymətə olacaq