Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4555

Digər sorğular

Bordyuja KTMT baş katibi postunu tərk edib

17:00  |    01 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeriy Semernikov icra edəcək.

Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün KTMT məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni V Semernikov icra edəcək.

Qeyd edək ki, N.Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N.Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
29.04.2017
İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib
28.04.2017
Elmar Məmmədyarov Nalbandyanla görüşündən danışdı
28.04.2017
“Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq“ - Sergey Markov
28.04.2017
XİN-dən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
28.04.2017
Çavuşoğlu: “AŞPA peşman olacaq”