Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5481

Digər sorğular

Ərdoğan: Onlar xalqımızın ruhunu qırmaq istəyirlər

14:46  |    01 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

İstanbulda baş verən terror hücumu regiondakı vəziyyətdən ayrı nəzərdən keçirilə bilməz.

Qaziler.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

“2017-ci ilin ilk dəqiqələrində İstanbulun “Reina” gecə klubunda baş verən terror aktını qətiyyətlə pisləyirəm. Dinc əhaliyə qarşı yönələn insanlığa sığmayan hücumun təşkilatçıları ölkəmizdə xaos yaratmaq və xalqımızın ruhunu qırmaq istəyirlər. Bu hücumlar regiondakı vəziyyətlə bağlıdır”, - Türkiyə prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Ərdoğan həmçinin əlavə edib ki, onun ölkəsi “silahlı hücumlara, həmçinin iqtisadi, siyasi və sosial diversiyalara qarşı mübarizəni davam etdirəcək”.

Qeyd edək ki, İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Türkiyə ordusu helikopterləri havaya qaldırdı - Gərgin əməliyyat
24.04.2018
İsrail Suriyadakı “S-300”ləri məhv edəcəyi ilə HƏDƏLƏDİ
24.04.2018
Kreml Bakıya elə bir Qarabağ təklifi edə bilər ki... - SENSASİYA
24.04.2018
Terrorçubaşından Ərdoğan-Baxçalı biriliyinə QARŞI BİRLİK ÇAĞIRIŞI
24.04.2018
Milli Məclis bu qanunu qəbul etdi