Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4698

Digər sorğular

İtkin düşmüş neftçilərin videoaxtarış əməliyyatları davam etdirilir (FOTO)

14:20  |    31 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə Xəzərdə itkin düşmüş neftçilərin axtarılması üçün yaradılmış Axtarış-xilasetmə Qərargahından məlumat verilib.

Qurumların mütəxəssisləri hər gün olduğu kimi, bu gün də Qərargahın rəhbər heyətinə davam etdirilən axtarış-xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.

Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirilib ki, axtarış-xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.


Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvə və FHN-in Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.
SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir.

İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov”, “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı videoaxtarış əməliyyatlarını davam etdirməkdədir.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində 10 nəfər itkin düşüb, onlardan birinin meyiti tapılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
28.06.2017
Mənzillərində əxlaqsızlıq yuvaları təşkil edənlərin cəzaları artırılacaq
28.06.2017
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
28.06.2017
Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ
28.06.2017
Atəşkəs rejimi 146 dəfə pozulub
27.06.2017
Bakıda açılan ilk McDonalds bağlanıb?