Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4466

Digər sorğular

Komissiya: Ermənistan şəhid əsgərimizin meyitinin qaytarılmasını ləngidir

11:48  |    31 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Qaziler.az bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir: “Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.03.2017
“Döyüş gündəliyi - Talış“ filmi təqdim edilib -FOTOLAR
25.03.2017
Cəbhədə atəşkəs 117 dəfə pozulub
24.03.2017
Şuşa 25 il sonra - tarixi abidələr dağıdılıb, binalar qəzalı vəziyyətdə - VİDEO
24.03.2017
Düşmən atəşkəsi 109 dəfə pozub
23.03.2017
“Washington Post” Dağlıq Qarabağdan fotoreportaj HAZIRLADI