Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4698

Digər sorğular

Sərvətini futbolumuza fəda edən adam

21:10  |    30 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Şahbaz Süleymanov və ya çoxlarının “Şəmkirli Saşa” kimi tanıdığı xeyriyyəçi insan.

O, 1990-cı illərin sonlarında “Şəmkir” klubunu himayəsinə götürür. Azərbaycanın bir çox ünlü futbolçusunu komandasına cəlb edir. Baş məşqçi vəzifəsinə Ağasəlim Mircavadov gətirilir. Bu şəkil də onların klubdakı bitgə fəaliyyəti zamanı çəkilib.

“Şəmkir” tarixinin ən parlaq dövrünü məhz Şahbaz Süleymanovun klubun sponsoru olduğu dövrdə keçirdi. Komanda dalbadal iki dəfə (1999-2000 və 2001-2002 mövsümündə) Azərbaycan çempionu adını qazandı. “Şəmkir” Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi də futbol tariximizə düşüb. 2000-ci ildə bu komanda o zamanların məşhur klublarından olan Riqa ”Skonto”suna qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.

Sonradan Şahbaz Süleymanov maddi durumu pisləşməsi səbəbindən kluba himayədarlıq edə bilmədi. Elə o vaxtdan da “Şəmkir” futbol səhnəsindən silinməyə doğru getdi... Yalnız son illər komandanın yenidən dirçəlməsi üçün iş görülür.

Qeyd edək ki, Şahbaz Süleymanov 2013-cü ilin iyulun 1-də vəfat edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.06.2017
Formula 1 üzrə Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib
26.06.2017
Millimizin üzvü üçün erməni baş məşqçi
26.06.2017
Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub (FOTO)
26.06.2017
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib
26.06.2017
Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib