Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

Elektrik enerjisi yeni tariflə hesablanacaq - İkisəviyyəli Plan - VİDEO

23:41  |    29 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


"Yeni sistemə əsasən pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına, gecə və gündüz uyğun elektrik enerjisi tarif planı tətbiq ediləcək"

2017-2020-ci illərdə sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə iki səviyyəli tarif planına keçiriləcək.

Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Yeni sistemə əsasən pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına, gecə və gündüz uyğun elektrik enerjisi tarif planı tətbiq ediləcək.

İqtisadçı ekspertlər isə bu qaydanın beynəlxalq praktikaya uyğun olan bir zərurət kimi qiymətləndirirlər.

Strateji Yol Xəritəsində, həmçinin artan komunal xərclərin əhalinin az gəlirli sahəsinə təsir etməməsi üçün aztəminatlı ailə kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması da nəzərdə tutulur.

Belə ki, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanmasına da artıq başlanılıb.Bu təkliflərə əsasən ucqar bölgələrdə xərcli enerji daşıyıcıları qurmaq əvəzinə, alternativ enerji modellərindən istifadə ediləcək.

2020 -ci ilə qədər gerçəkləşdirilməsi nəzərdə tutulan yeni tarif planına uyğun olaraq yaxın 2-3 ildə ölkənin ən ucqar nöqtəsinə qədər işıq və qaz problemi həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.01.2017
Mehdiyev icra başçılarını ittiham etdi — Gərgin müşavirə
23.01.2017
Bakıda 400 min manata işlənmiş maşınlar satılır - VİDEO
23.01.2017
Lavrova sual verdiyi üçün “Lider TV“dən qovulan Anar Həsənov — DANIŞDI
23.01.2017
Universitetlər niyə imtahan zamanı bağlandı? - RƏSMİ CAVAB - VİDEO
23.01.2017
Qarabağ müharibəsi veteranı, deputat jurnalistin müdafiəsinə qalxdı