Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

Ramiz Rövşənin 70 illik yubileyi keçirilib

20:21  |    29 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şair Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Qaziler.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşənin ədəbi və kino fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.

Həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş “Babamızın babasının babası”, “Süd dişinin ağrısı”, “ Şəhərli biçinçilər, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt”, “Məkanın melodiyası” kimi bədii filmlər, “Mozalan” satirik kinojurnalı üçün yazılmış “Şəbih”, “Söyüdlünün su dərdi”, “Özbaşınalıq”, “Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, insanları düşündürməsi ilə fərqlənir.

Çıxışı edənlər bildiriblər ki, R. Rövşən kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.12.2017
Əməkdar artistin oğlu azadlığa çıxdı
14.12.2017
Fərhad Bədəlbəyli: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”
14.12.2017
Fədayə Laçında "Hepatit C" AŞKARLANDI
12.12.2017
Əməkdar artistdən ittiham: “Efirdə erməni mahnısı səsləndirilir”
12.12.2017
Fədayə Laçının məhkəməsi başlayır