Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5110

Digər sorğular

Nazirlik “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun dayandırılmasına aydınlıq gətirib

18:08  |    29 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Təhsil Nazirliyi ikinci yarımildən məktəblərdə dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinin dayandırılmasının səbəbini açıqlayıb.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, Nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hazırda məktəblər çox yüklənir və nəticədə tədris planı ağırlaşır. Onun sözlərinə görə, son nəticədə şagirdlərin mənimsəmə keyfiyyətinə təsir edir: “Bu səbəbdən fakültativ məşğələlərin bir müddət məhdudlaşdırılması, şagirdlərə daha çox tədris üçün vaxt ayrılması, onların dərsə hazırlaşması üçün əlavə vaxtın verilməsi ilə bağlı müəyyən addımlar atılıb. Bu prosesə növbəti ildən-ikinci yarımildən başlanılacaq”.

F.Qədirov vurğulayıb ki, indiyə qədər fakültativ məşğələlərin tədrisi ənənəvi olaraq aparılıb. Onun sözlərinə görə, bir çox halda onların keyfiyyəti ilə bağlı problemlər və suallar mövcud idi. Aparat rəhbərinin müavini vurğulayıb ki, bu məsələlər yalnız “Həyatı bacarıqlara əsaslanan təhsil” üzrə fakültativ kursa deyil, məktəblərdə tədris edilən çoxlu sayda fakültativ dərsə aiddir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Nazir əlillərin işlə təminatında üzləşdiyi çətinlikləri açıqlayıb
09.12.2017
Hacıqabulun Qarabağ Qaziləri tədbir keçirib - FOTO
08.12.2017
Səlim Müslümov: “Azərbaycanda əmək qabiliyyətli əhalinin yalnız 32 faizi ixtisaslıdır”
07.12.2017
Nazirlikdə Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi ilə görüş olub
07.12.2017
Nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı azalıb