Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5622

Digər sorğular

Şahmatçımız dünya çempionatında son anda medal şansını itirdi

09:50  |    29 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Qətərin paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. 15 turdan ibarət olan mötəbər yarışda Azərbaycan 5 zəka sahibi ilə təmsil olunub.

Qaziler.az xəbər veroir ki, Şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Son tura qədər mükafatçılar sırasına düşmək şansını saxlayan "Şah” həlledici matçda Maqnus Karlsenə məğlub olub.

Bu isə təmsilçimizin 10 xalla 4-cü olması ilə nəticələnib.

Dünya çempionu isə ukraynalı Vasili İvançuk olub. İkinci yeri rus Aleksandr Qrişuk, üçüncülüyü isə Maqnus Karlsen qazanıb. Mükafatçıların hər biri 11 xal toplasa da, sıralama əlavə əmsallara görə formalaşıb.

Qeyd edək ki, çempionatdakı digər təmsilçilərimiz, Rauf Məmmədov 8.5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub. Mundialda isə ümumilikdə 106 şahmatçı mübarizə aparıb.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.06.2018
"Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
17.06.2018
İran millisindəki tanımadığımız soydaşımız kimdir?
16.06.2018
Dünya futbolunda görünməmiş hadisə - Kraldan üzr istədi
14.06.2018
Azarkeşlər stadiona toyuq gətirmək istəyirlər - DÇ-2018
14.06.2018
Futbol üzrə dünya çempionatı start götürür - TƏQVİM