Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4821

Digər sorğular

Cəbhə kəndləri yeni ilə hazırlaşır - VİDEO

22:52  |    28 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Goranboyun cəbhə kəndi olan Tapqaraqoyunluda düşmənin tez -tez atəş açmasına baxmayaraq sakinlər yeni il əhval ruhiyyəsindədir.

Qaziler.az Xəzər xəbər -ə istinadən bildirir ki, Lənkəranda isə yeni ilin gəlişi ilə bağlı kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunub.

Evlərdə yolka qurub, yeni təqvim ilini şən qarşılamaq üçün hazırlıqlar gedir.

Sakinlər alış-verişi edir.

Görüntülər Goranboyun düşmənlə ən yaxın məsafədə yerləşən Tapqaraqoyunlu kəndindədir. Cəbhədəki gərginliklər, etməni təxribatı kəndlilərin xoş əhvalına mane olmur.

Tapqaraqoyunluda həyat öz axarı ilə davam edir. Sakinlərin isə 2017-ci ildə bir arzusu var qələbə xəbərini eşitmək.

Bu kadrlar isə Lənkərandandır. Yeni il ərəfəsində əhalinin seçim imkanlarının artırılması və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə şəhərdə yarmarka təşkil edilib. Yarmarkada qiymətlər bazara nisbətən 20-25 faiz ucuz olub.

Əsasən alıcılara müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə- tərəvəz, şirniyyat, ət-süd məhsulları təklif olunub.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2017
QHT sədri: “Bəzi məmurlar da erməninin od qoyduğu ananı diləndirdilər“
20.08.2017
İlham Əliyev Şəmkirə gedib - Yenilənib
20.08.2017
Könül Xasıyevaya qarşı dələduzluq
19.08.2017
Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017
İlham Əliyev Samuxa gedib - Yenilənib