Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4398

Digər sorğular

2500 sahibkara 190 milyon manat kredit verildi

17:21  |    28 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Bu il 2500 sahibkara 190 milyon manata yaxın güzəştli kredit verilib.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.


Xəbərdə deyilir ki, kreditlərin reallaşması hesabına 8100-dən çox yeni iş yeri yaradılır. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Dekabrın 28-də isə Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Ayrılan kreditlər əsasən heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Banklarımızın kredit faizləri niyə yüksəkdir? - VİDEO
27.02.2017
İşsizlik və yoxsulluğun qarşısının alınmasında əhəmiyyətli nətiəcələr var -NAZİR
27.02.2017
Səlim Müslümov: “Bu ilin iki ayı ərzində Azərbaycanda 40 min yeni iş yeri açılıb”
25.02.2017
Ombudsman: “Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir”
23.02.2017
Ötən il Azərbaycana gələn xarici vətəndaşların sayı açıqlanıb